Xəbər lenti
Arxiv
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Elşad Abdullayevin satqın oğlu vətəndaşı olduğu Rusiya üçün döyüşəcəkmi? – 35 yaşlı Elşən Abdullayev səfərbərlikdən yayınmağa çalışacaq

Baxılıb: 1 325     Tarix: 26-09-2022 13:05   
 
Məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin keçmiş dələduz rektoru, bir sıra cinayət əməllərinə görə axtarışda olan, hazırda Avropada gizlənən Elşad Abdullayevin ermənilərlə iş birliyində olduğunu sübut edən çoxsaylı faktlar sadalanıb. Onun təkcə özünün deyil, oğlu Elşən Abdullayevin də ermənilərlə əlaqəsini üzə çıxaran rəsmi sənədlər mətbuatda dərc olunub.
Həmin sənəd-sübutlar arasında 1987-ci il təvəllüdlü oğlu Abdullayev Elşən Elşad oğlu ilə 1961-ci ildə Bakıda doğulmuş erməni əsilli Şaxramanova Susanna Şaqenovna arasında 2014-cü il dekabrın 27-də imzalanmış boc müqaviləsi barədə saytımızda da məlumat gedib və sənədin fotoşəkli paylaşılıb. Sənədə görə, Moskva vilayətinin Vidnoye şəhərində Elşən Abdullayev Susanna Şaxramanovaya 2015-ci il mayın 1-də qaytarmaq şərti ilə 4 milyon 500 min (4500000) rus rublu (hazırkı məzənnə ilə təxminən 72 min ABŞ dolları) borc verib.
Həmin sənədə hər iki tərəf qol çəkib, şəhərin notariusu Tatyana Kuzovkova Nikolayevna isə möhür vurub.
KİV olaraq mövqeyimiz bu olub ki, odioz rektorun oğlu Elşən Abdullayevin məsuliyyətə cəlb olunmasına nail olmaq Azərbaycanın xüsusi xidmət orqanlarının işidir və mümkün məsələdir: Axı, həmin orqanların ölkəmizin Rusiyadakı səfirliyində və konsulluqlarında yüksək rütbəli nümayəndələri otururlar və Azərbaycan vətəndaşlarının, o cümlədən Elşad Abdullayevin maddi və mənəvi ziyan vurduğu vətəndaşlarımızın ödədiyi vergidən formalaşan dövlət büdcəsindən maaş alırlar.
Bu arada vacib bir məqama toxunmaq istəyirik. Bildiyimiz kimi, bu ərəfələrdə Ukraynada xüsusi əməliyyat keçirən Rusiya ölkədə qismən səfərbərlik elan edib. Rusiyada qismən səfərbərlik elan olunub. Bu barədə Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-i səhər saatlarında xalqa müraciətində bildirib. O, Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklifini qəbul etdiyini qeyd edib. Putin qismən səfərbərlik haqqında fərmanı artıq imzaladığını bildirib: Səfərbərlik tədbirləri bu gün başlayacaq. Regionların başçılarına tapşırıram ki, hərbi komissarların işinə bütün lazımi köməyi göstərsinlər. Xüsusi ilə qeyd edirəm ki, hərbi səfərbərliyə çağırılan Rusiya vətəndaşları müqavilə əsasında orduda xidmət edən hərbiçilər kimi ödəniş və bütün sosial təminat statusunu alacaqlar”.
Qanunla 35 yaşlı Rusiya vətəndaşı Elşən Elşad oğlu Abdullayev də səfərbərliyə cəlb olunmalıdır. Aydın məsələdir ki, doğulduğu Vətəmi Azərbaycanı düşmənə satan Elşın kimisi qanunsuz yollarla vətəndaşlıq aldığı Rusiya üçün döyüşməz. Ona görə mümkündür ki, Elşən Abdullayev bu ərəfələrdə müharibədən yayınmaq üçün Rusiyanı tərk eləməyə cəhd eləsin. Odur ki, Rusiyanın xüsusi xidmət orqanları bu barədə xəbərdar edilməlidir.


“Qanun və Hədəf”  шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar