Xəbər lenti
Arxiv
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Fransadakı ermənipərəst qüvvələr Elşad Abdullayevin Azərbaycana ekstradisiyasını əngəlləmək üçün ciddi səylər göstərirlər

Baxılıb: 1 567     Tarix: 18-11-2022 13:55   
          Bir neçə gün bundan öncə Fransa senatı növbəti dəfə Azərbaycana qarşı həqiqəti əks etdirməyən, iftira və təxribat xarakterli qətnamə qəbul etdi. Xatırlamaq yerinə düşər ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra keçən iki il ərzində bu, ermənipərəst Fransa parlamentinin ölkəmizə qarşı qəbul etdiyi üçüncü qətnamədir. Bu qərəzli sənədlərin birincisi 2020-ci il noyabr ayının 25-də, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan ərazilərini azad etdikdən bir neçə gün sonra qəbul olunmuşdu. Fransa senatı qondarma “dağlıq qarabağ respublikası”nın “müstəqilliyi”nin tanınması ilə bağlı qətnamə qəbul etmişdi. Bundan bir həftə sonra, dekabr ayının 3-də Milli Assambleya və parlamentin aşağı palatası Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Hazırkı qətnamə layihəsi isə bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş irimiqyaslı toqquşmalardan dərhal sonra Fransa senatının hakim fraksiyasına daxil olan senatorlar tərəfindən təklif edilib.
        Əlbəttə ki, belə bir ədalətsiz və əsassız təklifi irəli sürənlər birmənalı olaraq erməni diasporu tərəfindən aşkar və gizli maliyyələşdirilən prinsipsiz siyasətçilərdir və istənilən halda Fransa senatının heç bir qətnaməsi Azərbaycan xalqının iradəsinə təsir edə, onu getdiyi haqlı və doğru yoldan döndərə bilməz. Lakin bütün bu məsələlərdə çox böyük təəssüf doğuran bir məqam var ki, o da düşmənlərimizin Azərbaycana qarşı apardığı çirkli kampaniyalarda bəzi üzdəniraq soydaşlarımızın da iştirakıdır. Məlumdur ki, bütün dünyada xüsusi xidmət orqanlarının bu və ya digər ölkəyə qarşı məmnuniyyətlə istifadə etdikləri vasitələrdən biri də həmin ölkənin öz dövlətindən “incik düşmüş” keçmiş vətəndaşlarıdır. O cümlədən bütün dünya azərbaycanlılarının Fransa senatının hakim fraksiyasına daxil olan bir qrup senatorun ölkəmizə qarşı hazırladıqları qətnamə layihəsinin səsverməyə çıxarılmasına etiraz olaraq petisiya yaratıqları və qısa müddət ərzində 100 mindən çox imza topladıqları bir vaxtda, Fransada yaşayan Elşad Abdullayev kimi bir cinayətkar bəlkə də bu layihənin qəbul olunması üçün, ermənilərin özlərindən də artıq çalışıb. Az öncə də qeyd olunduğu kimi, əgər son iki il ərzində Fransa senatı Azərbaycana qarşı 3 qətnamə qəbul edibsə, bu müddət ərzində E.Abdullayev bəlkə də 300 böhtan kampaniyası keçirib.
        Məlumdur ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barədə hələ bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. Əldə olunan məlumatlara görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun tələblərinin pozulması faktları üzrə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə istintaq-əməliyyat tədbirləri hələ də davam etdirilir. Müəyyən edilib ki, E.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xarici vətəndaşla ilə əlbir olaraq, müvafiq lisenziyası olmadığı halda universitetdə fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxslərinə donorlardan böyrək almağa və külli miqdarda orqan transplantasiyası əməliyyatlarının aparılmasına icazə verib. Tibb Mərkəzinin əməkdaşları, əməliyyatda iştirak edən tibb işçiləri şahid qismində dindirilib, sənədlərin texniki və məhkəmə-tibbi ekspertizası, məhkəmə-tibbi ekspertizası və əl yazısına məhkəmə-tibbi ekspertizası təyin edilib, fakt üzrə kifayət qədər sübutlar toplanıb.
        Lakin Fransa hökuməti bütün bu cinayətləri E.Abdullayevin Azərbaycana ekstradisiyasını həyata keçirmək üçün yetərli əsas kimi qiymətləndirmir. Təbii ki, ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının mahir təşkilatçısı indiki dönəmdə ermənipərəst Fransa hökuməti üçün kifayət qədər “dəyərli” nüsxədir. Böyük ehtimalla ermənilər özləri də belə bir “müttəfiq”i itirməmək üçün yetərincə səy göstərirlər.  

“Qanun və Hədəf”шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar