Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“İrəvanla Bakı Moskvada görüşün keçirilməsinə hazırdır”

Baxılıb: 653     Tarix: 03-05-2023 15:08   
 
“İrəvan və Bakı Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüşün keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər”.
Qanunvehedef.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, görüşün tarixi barədə məlumat daha sonra elan olunacaq.
Bununla yanaşı, Zaxarova Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan danışıqlara da münasibət bildirib: “Rusiya əvvəlkitək Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının icrasına sadiqdir. Vaşinqtonda danışıqlar Rusiyanın iştirak olmadan keçirilir və bu səbəbdən proses barədə iştirakçılardan maraqlanmaq lazımdır”.
Xatırladaq ki, mayın 1-i ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra nazirlərin ikitərəfli görüşü baş tutub.
Qeyd edək ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri Arman Eqoyan nazirlərin Vaşinqtondan sonra Rusiyada da görüşəcəkləri barədə açıqlama verib. шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar