Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Əks-hücum üçün vaxta ehtiyacımız var”

Baxılıb: 512     Tarix: 11-05-2023 12:28   

“Əks-hücuma keçmək üçün bir qədər də artıq vaxta ehtiyacımız var”.
Qanunvehedef.az “BBC”yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Əlimizdə olan silahlarla irəli gedə və uğura nail ola bilərik. Lakin bu zaman çox sayda itkimiz olar. Düşünürəm ki, bu yolverilməzdir. Buna görə də, gözləməliyik. Bizim hələ də bir qədər vaxta ehtiyacımız var”, - deyə Zelenski qeyd edib.
Qeyd edək ki, ABŞ-nin Avropa və Afrika üzrə Ordu Komandanlığının spikeri Martin O'Donnellin sözlərinə görə, Qərb ölkələri Ukraynanın əks-hücuma keçməsi üçün ölkəyə təqribən 600 növ silah verib. O bildirib ki, bu silahlardan istifadənin nəticəsi yaxın həftə və aylarda görünəcək. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel qeyd edib ki, Qərbin köməyi olmadan Ukrayna bir neçə gündən sonra təslim olar. Ukrayna tərəfi isə Borrelin bu açıqlamasını təkzib edib.шаблоны для dle 11.2