Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan 1967-ci il sərhədləri daxilində Fələstinin müstəqilliyini tanımağa çağırıb

Baxılıb: 947     Tarix: 11-10-2023 14:15   

“Fələstinin 1967-ci il sərhədləri daxilində müstəqil dövlət olaraq tanınması regiondakı bütün qarşıdurmaların öhdəsindən gələ bilər”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki fraksiyasının toplantısında bildirib.
O qeyd edib ki, son günlər Fələstin və İsrail torpaqlarında baş verən hadisələrin Hollan təpələrinə keçə biləcəyini də izləyirlər: “İsrail və Qəzza zolağındakı toqquşma nəticəsində İsrail torpaqlarında mülki vətəndaşların ölümündən təəssüflənirik. Eyni zamanda Qəzzada da günahsız insanların bombalamasını qəbul etmirik”.
Dövlət başçısının sözlərinə görə, beynəlxalq ictimaiyyət Fələstin xalqının haqlarının təmin olunmasına söz versə də buna əməl etməyib: “Bölgədə toqquşmaların təcili dayandırılmasını və problemlərin müzakirə yolu ilə həllini istəyirik”.
R.T.Ərdoğan Fələstin, İsrail və Rusiya liderləri ilə telefon danışığı apardığını qeyd edərək bölgə dövləti kimi üzərilərinə düşənləri yerinə yetirməyə hazır olduqlarını vurğulayıb: “Bütün bunların öhdəsindən 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin tanınması ilə gəlmək olar”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar