Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Fələstin əsilli Cici Hadiddən İsraildə baş verənlərə reaksiya

Baxılıb: 901     Tarix: 11-10-2023 14:57   

Fələstin-holland əsilli amerikalı məşhur model Cici Hadid İsraildə baş verənlərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, bu barədə model sosial media hesabında yazıb. O, ürəyinin bu haqsız faciədən zərər çəkmiş hər kəslə olduğunu söyləyib. Model bu münaqişənin hər gün günahsız insanların, uşaqların həyatına son qoyduğunu vurğulayıb.
Cicinin sözlərinə görə, o, Fələstinin mübarizəsinə və "işğal" altındakı (red. İsrailin ərazilərini nəzərdə tutur) həyata dərin kədər hissləri bəsləyir:
"Bu, mənim hər gün daşıdığım məsuliyyətdir. Yəhudi dostlarım qarşısında da məsuliyyət hiss edirəm. Daha əvvəl dediyim kimi, fələstinlilər üçün ümidlərim və arzularım olsa da, onların heç biri İsrail xalqına edilən zərəri ehtiva etmir. Sözlərimə görə inciyirsinizsə, həm fələstinli, həm də yəhudi dostlarıma başsağlığı verirəm".
O, Fələstinə dəstəyin antisemitizmə (red. yəhudi düşmənçiliyi) bərabər olmadığını deyib:
"Hər kəsin bir çox mürəkkəb, şəxsi hissləri var, lakin təməli insani hisslərdir: milliyyətindən, dinindən, etnik mənsubiyyətindən və doğulduğu yerdən asılı olmayaraq hüquqlara, münasibətə və təhlükəsizliyə layiqdir. Sözlərim heç kimin yarasını sağaltmayacaq. Hər zaman təhlükəsiz bir həyat üçün dua edirəm".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar