Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır" - Spiker

Baxılıb: 1 031     Tarix: 12-10-2023 13:45   

"Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması və bölgədə əmin-amanlıq yaradılması üçün sülh danışıqlarını davam etdirməyə hazırdır".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
"Qarabağı könüllü şəkildə tərk etmək istəyən erməni sakinlərin bu torpağı hansı şəraitdə tərk etdiyini hamımız müşahidə etdik, dünya da görüb yəqin edə bildi. Hesab edirəm ki, bütün bunlar Azərbaycan xalqına xas olan və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təcəssümünü tapan humanizm və mərhəmətin bariz ifadəsidir.
Onu da qeyd edim ki, Qarabağ ərazisində qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, Azərbaycan dövləti Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması və bölgədə əmin-amanlıq yaradılması üçün sülh danışıqlarını davam etdirməyə hazırdır. Bunu dövlət başçısı son çıxışlarında bir daha bəyan etdi", - S.Qafarova əlavə edib.

Əbdülqəni Hüseynovшаблоны для dle 11.2