Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zurabişvilinin impiçmentinin başladılmasına icazə verildi

Baxılıb: 711     Tarix: 16-10-2023 16:29   
Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə Prezidenti Salome Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozmasını tanıyıb.
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı məhkəmənin sədri Merab Turava açıqlayıb.  
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı Zurabişviliyə qarşı impiçment prosedurunu başlatmağa imkan verəcək.
Qeyd olunur ki, Gürcüstan parlamenti Konstitusiya Məhkəməsinin qərarını təsdiq etməlidir. Bunun üçün isə 100 deputatın səsi tələb olunur. Parlament sözügedən qərarı təsdiqləsə, Prezident Zurabişvili impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılacaq.
Xatırladaq ki, sentyabrın əvvəlində S. Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksəksəviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti buna razılıq verməyib.

Qanunvehedef.az

 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar