Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Umayra Tağıyeva: "Bu il sel-daşqın hadisələri keçən ilin rekordunu üç dəfə üstələyib"

Baxılıb: 632     Tarix: 18-10-2023 09:47   

"Azərbaycanda bu ilin yay fəslində temperatur üzrə rekord göstəricilər qeydə alınmasa da, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu üç dəfə üstələyərək 147-yə çatıb".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bəzən hətta yaxın ərazilərdə belə, bir-birinə zidd olan anomal hadisələrin baş verdiyi müşahidə edilir:
"Bu ilin misalında ölkədə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalması, əsasən, aran ərazilərdə quraqlığın baş verməsinin şahidi olduq. Budur iqlim dəyişmələrinin bəzən gözlənilməz və təzadlı tərəfləri.
Bir sözlə, iqlimin nisbətən "sabit" dövründən 30-40 il keçib. Ümumiyyətlə, iqlimşünaşlıqda müasir dəyişmələri qiymətləndirmək üçün müqayisələr iqlim norması kimi qəbul edilən 1961-90-cı illər dövrü ilə aparılır.
Anomal hava-iqlim hadisələrinin həm sayının, həm də intensivliyinin artmasını hamımız müşahidə etməkdəyik və iqlim ssenarilərinə görə, bu davam edəcək. Quraqlıq, sel-daşqın, isti hava dalğaları kimi hadisələrə, yəni baş vermiş və gözlənilən iqlim dəyişmələrinə uyğunlaşmaq vacibdir".
"Monitorinq və elmi araşdırmaların nəticələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının 66 ölkədən 234 alim üzvü olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupu (IPCC) 2023-cü ildə Yer kürəsinin iqliminin son dərəcə sürətlə dəyişəcəyi qənaətinə gəlib.
Ümumiyyətlə, iqlim dəyişmələri həyatımızın bütün sahələrinə təsir göstərir. Bu səbəbdən də iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmalı, müsbət tərəflərindən isə faydalanmalıyıq", - deyə Umayra Tağıyeva bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar