Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Fransa bizi minillərdir məskunlaşdığımız ərazilərdən qovub”

Baxılıb: 583     Tarix: 20-10-2023 10:56   

“Fransa bizi minillərdir məskunlaşdığımız ərazilərdən qovub”.
Qanunvehedef.az “Report”a istinadən xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bu gün də Fransa müstəmləkəçiliyinin davam etdiyini bildirib: “Hazırda Bakıda müzakirələr apardığımız vaxtda insan həyatları təhlükəyə atılır”.
Lyuk Frensis Kerol Azərbaycan dövlətinə səslərinin eşidlilməsinə dəstək verdiyinə görə də təşəkkür edib: “Azərbaycana səylərinə görə təşəkkür edirəm. Biz bu günlərdə Afrikadakı neokolonializm haqqında danışmaq imkanına sahibik. Biz onu deməliyik ki, minilliklər ərzində məskunlaşdığımız ərazilərdən Fransa tərəfindən qovulmuşuq. Milyonlarla insan Cənubi və Şimali Amerikaya deportasiya edilib. Bu gün Amerika qitəsində ən kasıb, yoxsul insanlar Afrikadan gələnlərdir. Çünki onlar Amerikaya deportasiya olunublar. Fransa dövləti isə problemimizin həlli ilə məşğul olmaq istəmir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



https://mostbet-giris-az1.com/