Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Samir Şərifov: bunun üçün maliyyə təminatı yaradılacaq

Baxılıb: 1 427     Tarix: 02-11-2023 12:31   

 “2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərində olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərində 17,5 faizi həcmində və ya 6 milyard 421 milyon manat vəsait nəzərdə tutulub: “Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 faiz çoxdur. Həmin vəsait Müzəffər Ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq”.


Əbdülqəni Hüseynov

 



Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.


  





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar