Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Tanrı onun kimi yanar qəlbli, qayğıkeş, peşəkar həkimlərimizi qorusun!

Baxılıb: 1 231     Tarix: 03-11-2023 12:15   
  
İnsan üçün həyatda ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır.
Bu günlərdə redaksiyamızın poçtuna daxil olmuş təşəkkürnamənin müəllifi Şahin Zeynalov sadalanan tələblərə cavab verən həkimlərimizdən birinin ünvanını göstərmiş - Pirallahı 1 saylı Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Tofiq Gülmalıyevə yazdığı minnətdarlıq məktubunun dərc edilməsini xahiş etmişdir:
“Xəstəxanaya ağır vəziyyətdə yerləşdirilən Hicran Zeynalovanı yenidən ailəsinə, övladlarına sağlam vəziyyətdə qaytardığınız üçün onun doğmaları, yaxınları adından Sizə sonsuz təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Tanrı Sizin kimi yanar qəlbli, qayğıkeş, peşəkar və savadlı həkimlərimizi qorusun!”
Redaksiya olaraq öz növbəmizdə açıq mənbələrdən Tofiq həkim barədə məlumat toplayıb arayış hazırladıq:
Gülmalıyev Tofiq Məhəmməd oğlu 1977-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə daxil olmuş, 1983-cü ildə bitirmişdir. İxtisasca İnfeksionistdir.
1981 -1983-cü illərdə Bakı şəhəri 1 saylı Əsəbi - Ruhi dispanserdə tibb qardaşı, 1983-1992-ci illərdə Naxçıvan şəhərində peşə həkimi vəzifəsində çalışmışdır. 1992-2000-ci illərdə Naxçıvan şəhərində yerləşən hərbi hospitalda baş ordinator və bölmə rəisi vəzifələrində, 2000-2002-ci illərdə Şəmkir şəhərində yerləşən hərbi hissədə Yoluxucu xəstəliklər bölməsinin rəisi vəzifəsində, 2002- 2016- ci illərdə Gəncə şəhərində yerləşən hərbi hospitalın Yoluxucu xəstəliklər şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
2016-ci ildən Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi poliklinikasında Yoluxucu xəstəliklər bölməsinin rəisi vəzifəsində çalışmışdır.
01.11.2021- ci ildən hal-hazırda Pirallahı Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsini icra edir.
Tofiq həkimi tanıyan insanlar (şəfa verdiyi pasientləri, həmkarları, dost-tanışları) eynən Zeynalovlar ailəsi kimi əllərində düşən hər fürsətdə - sosial şəbəkənin müxtəlif platformalarında onun haqqında çox yüksək fikirlərini çatdırır, minnətdarlıq ifadə edirlər. Təşəkkürlərini ifadə edənlər Tofiq həkimin yüksək peşəkarlığı ilə yanaşı, gözəl insani keyfiyyətlərini – pozitivliyini, gülərüzlüyünü, kübar davranışını vurğulayır, həyatda və peşə fəaliyyətində daha böyük uğurlar arzulayırlar. Biz də bu arzulara qoşuluruq və inanırıq ki, uzman doktor  uğurlarının sayını artırmaqla biz qələm adamlarına yazmaq üçün gözəl mövzular verəcəkdir.

“Qanun və Hədəf”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar