Ombudsman: Bütün tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilməlidir
Baxılıb: 641 Tarix: 03-11-2023 12:34
İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra ölkəmiz sosial iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, aparılan antiterror əməliyyatları nəticəsində Xankəndi və ətraf ərazilərin erməni terrorçulardan təmizlənməsi keçmiş məcburi köçkünlərin öz ata-baba yurduna qayıtması üçün daha böyük işlər görməyə şərait yaradıb: "Ölkəmizin vətəndaşlarının Ombudsmana müraciətləri sosial sahədə olan bəzi problemləri özündə ehtiva edir. Bir sıra məsələlərin növbəti ilin dövlət büdcəsində nəzərə alınmasına ehtiyac var. Sağlamlığın qorunması hüququnun sözün əsl mənasında effektiv təmin edilməsi üçün bütün tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilməlidir. 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də aid edilməsi vacibdir. Minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının həcmi artırılmalıdır. Hepatit və bu kimi xəstəliklərdən əziyyət çəkən insanlara dövlət büdcəsi hesabına verilən dərmanların daha keyfiyyətli dərmanlarla əvəzlənməsi və yaxud siyahının genişləndirilməsinə ehtiyac var".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər