Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bu xəttin açılması Türkiyəni Orta Asiya ilə birləşdirəcək”

Baxılıb: 882     Tarix: 03-11-2023 13:57   

“Qlobal çağırışlarla mübarizəmizdə ən mühüm gücümüz türk dünyasının birliyi, həmrəyliyidir. Bu həqiqəti son vaxtlar rastlaşdığımız bir çox hadisələrdə görmüşük və görməkdə davam edirik. Vətən müharibəsindən sonra Azərbaycan Qarabağda 30 il davam edən işğala tamamilə son qoydu. Biz bu tarixi nailiyyətdən böyük qürur və fərəh hissi keçiririk. Beləliklə, biz regionumuzda daimi sülhə daha bir addım yaxınlaşdıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur”.
Qanunvehedef.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında səsləndirib.
Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyin vurğulayan Türkiyə Prezidenti deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar