Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hicran Hüseynova: məktəblərdə psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac var

Baxılıb: 706     Tarix: 03-11-2023 15:25   

"Uşaq və ailələrə dəstək mərkəzlərinin, sığınacaqların sayı artırılmalıdır".
Qanunvehedef.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarının tabeliyində sosial xidmət müəssisələri, Bakı şəhəri və 12 rayon üzrə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzləri, 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eyni zamanda, zorakılığına məruz qalan şəxslər üçün dövlət sığınacağı və akkreditasiya edilmiş qeyri-dövlət yardım mərkəzi var.
H.Hüseynova bildirib ki, onların sayı ildən-ilə artır:
"Lakin hər bir rayonda bu mərkəzlərə ehtiyac var. Bu həm qadınlar, həm uşaqlar, həm də kişilər üçün həmin xidmətlərin daha əlçatan olması, xidmətlərin daha tez və vaxtında göstərilməsi üçün vacibdir".
Hicran Hüseynova onu da qeyd edib ki, ailədaxili və sosial mühitdə baş verən hadisələr uşaq və yeniyetmələrin davranışına və psixoloji vəziyyətinə neqativ təsir göstərir. Tez-tez xəbər saytlarında itkin düşən, intihar edən, məktəblərdə bulinqə məruz qalan uşaqlar haqqında məlumatlar verilir. Bu mənada məktəblərdə psixoloji xidmətin göstərilməsi, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələri, Ailə və Uşaqlara Dəstək Mərkəzlərinin müsbət valideynlik bacarıqlarının öyrədilməsi ilə bağlı tədbirləri pozitiv qiymətləndirmək olar: "Lakin bununla yanaşı, təcrübə də göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar