Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp Zelenskinin dəvətini qəbul etməyib

Baxılıb: 197     Tarix: 07-11-2023 10:51   

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin ölkəyə səfər etməklə bağlı dəvətini qəbul etməyib.
Qanunvehedef.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına danışıb.
“Mən Prezident Zelenskiyə hörmət edirəm, lakin hesab edirəm ki, indi Ukraynaya getmək yersiz olardı. Hazırda onunla Bayden administrasiyası müzakirələr aparır və mən maraqların toqquşmasına səbəb olmaq istəmirəm”, - deyə sabiq Prezident qeyd edib.
Xatırladaq ki, Zelenski “NBC” telekanalına müsahibəsində Trampı Ukraynaya dəvət edib və bildirib ki, ona Rusiya-Ukrayna münaqişəsini bir sutka ərzində həll edə bilməyəcəyini 24 dəqiqə ərzində izah edəcək. Belə ki, Tramp dəfələrlə qeyd edib ki, 2024-cü ildə ABŞ Prezidenti seçilərsə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə bilər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar