Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Vüqar Bayramov: Mərkəz Banka müraciət etdi-İri banklar tarifləri 2.5 dəfə artırır

Baxılıb: 1 151     Tarix: 13-11-2023 12:12   

“Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı tutulan haqqların aşağı salındığını bildirib. Bu, xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Bu müsbət haldır”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib.
İqtisadçı hesab edir ki, bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştərilər hesabına daha çox gəlir əldə etməyə çalışırlar. “Yəni nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq”, - o əlavə edib.
Ekspertin sözlərinə görə, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər: “Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyili aşağı salıb”.
Millət vəkili vurğulayıb ki, belə olan halda xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil. “Bu baxımdan, requlyator kimi Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin araşdırması və yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, SMS xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görsənməyə bilər, amma sistemli əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan da, liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımların tənzimlənməsi çox vacibdir”, -iqtisadçı qeyd edib.

Əbdülqəni Hüseynovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar