Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bələdiyyələrlə İş Mərkəzinin rəisi: Bələdiyyələrin maliyyə imkanları artırılmalıdır

Baxılıb: 653     Tarix: 30-11-2023 12:09   

Bələdiyyələrin insanların problemlərinin həllində rolunun artmasına nail olunmalı, bunun üçün də bələdiyyələrin maliyyə imkanları artırılmalıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində keçirilən "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda ictimai dinləmədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.
O bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə yönəlmiş bələdiyyələrlə davamlı iş aparılır: "Vergi borcları üzrə minlərlə akt tərtib edilərək məcburi icraya yönəlib. Son 2 ildə (2021-22) bələdiyyələrin ümumi büdcə gəlirləri 2020-ci illə müqayisədə 35%, yerli vergilərdən daxilolmalar 43% artıb.2 021-22-ci illərdə 3900-dən çox torpaqların icarə müqavilələri üzrə məbləğ 2,9 milyon manata qalxıb. Dövlət Statistika Komitəsinin məlumatlarından da görünür ki, cari il ərzində yerli büdcə gəlirlərində artım dinamikası davam etməkdədir. Əgər 2020-ci ildə vergi borcuna görə 800 inzibati akt qəbul edilmişdisə, 2021-22-ci illərdə 13 mindən çox belə akt qəbul edilərək məcburi icraya yönəlib. Bu sahədə sistemli tədbirlər həyata keçirilməkdədir. Prezident Administrasiyasının dəstəyi ilə bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi yenilənib və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin informasiya sisteminə qoşulub. Fiziki şəxslər tərəfindən daşınmaz əmlak alqı-satqısı zamanı vətəndaşların vergi borcunun olub-olmamasının müəyyən edilməsi üçün sistem yaxşılaşdırılmaqdadır".
Rəhman Məmmədov onu da qeyd edib ki, bələdiyyələr tərəfindən şəhidlərin adlarının əbədiləşdirilməsi üçün yüzlərlə xatirə bulaqları tikilib: "Şəhid ailələri ilə bağlı bütün tədbirlərə bələdiyyə büdcələrindən 3 milyon manata yaxın vəsait ayrılıb. Birgə səylərimizlə Ümummilli liderin ideyalarına uyğun olaraq, bələdiyyələrin işinin təkmilləşdirilməsində daha ciddi nəticələrə nail olacağıq".

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar