Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir" - Ombudsman

Baxılıb: 503     Tarix: 04-12-2023 12:54   

"Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir".
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir: "Beynəlxalq təşkilatlar, məhkəmələr bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına dəstək göstərməlidir. Ermənistan mina terroru ilə bağlı bizə təzminat ödəməlidir".
S.Əliyeva qeyd edib ki, minalar daha çox qəbiristanlıqlarda basdırılıb: "Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdiyi ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar"

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar