Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qərbi Azərbaycana qayıdışla bağlı ikili vətəndaşlıq məsələsi yenidən müzakirə oluna bilər?

Baxılıb: 760     Tarix: 06-12-2023 13:22   

“Sosial şəbəkələrdə suallar verilir ki, Qərbi Azərbaycana, doğma torpaqlarımıza dönəndə pasport, vətəndaşlıq necə olacaq?” 
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu fikirləri deputat Elnur Allahverdiyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmələrdə bildirib.
“Düşünürəm ki, bu məsələni qaldırmalı və müzakirə etməliyik. Xüsusilə Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ikili vətəndaşlığı müzakirə etməliyik. Gələcəkdə Qərbi Azərbaycana qayıdan insanlarımız həm Ermənistan, həm də Azərbaycan vətəndaşlığı daşıya bilsinlər”, - millət vəkili əlavə edib.
E.Allahverdiyev vurğulayıb ki, toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsi çox önəmlidir: “Xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür. Diaspora müraciət etmək lazımdır ki, vacib kitabları tərcümə edək. Bundan əlavə xarici dillərdə danışan gənclərimiz fəal olmalı, dünyaya faktları çatdırmalıdırlar”.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar