Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan Mərkəzi Bankından yeni qayda

Baxılıb: 702     Tarix: 13-12-2023 14:18   

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası "Banklara kreditlərin verilməsi Qaydaları"nda dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, AMB likvidlik problemi ilə üzləşmiş banka sonuncu instansiya kreditoru kimi müddəti 6 aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verəcək. Bununla belə, maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda qurumun İdarə Heyəti digər şərtlərlə və daha uzun müddətə sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edəcək.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Qanunvehedef.azшаблоны для dle 11.2



https://mostbet-giris-az1.com/az-az/