Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Birinci Kanalda göstərilən Rusiyaya necə köçmək olar?” – Putinə “solaxay” suallar

Baxılıb: 758     Tarix: 14-12-2023 15:53   

Vladimir Putinin bu gün keçirdiyi böyük mətbuat konfransında Kreml sahibi üçün xoşagəlməz durum yaranıb. Adətən Putinə verilən suallar əvvəlcədən senzuradan keçirilir və seçilərək, əvvəlcədən razılaşdırılmış formada ona təqdim olunur. 
Qanunvehedef.az“AzPolitika.info”-ya istinadən xəbər verir ki, bu dəfə Putin suallara cavab verərkən, ekranda ayrı-ayrı vətəndaşlardan daxil olan kəskin ironiyalı suallar peyda olub.
Vladimir Putin Rusiyadakı guya “gözəl” vəziyyətlə bağlı danışarkən, studiyadakı monitorda “xoşagəlməz suallar” görünüb:
“Cənab Prezident, real Rusiya nə vaxt televiziyadakından fərqlənməyəcək?”;
“İnflyasiya nə vaxta qədər saxtalaşdırılacaq?”
“Çinə qaz verdik, Avropaya qaz verdik, bəs Xakasiyada nə vaxt qaz olacaq?”;
“Niyə Dağıstanda bir qutu yumurta 550 rubla başa gəlir?”;
"Salam, Birinci Kanalda göstərilən Rusiyaya necə köçmək olar?" 
Sonradan bu “problem” aradan qaldırılıb və belə suallar ekranda görünməyib.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking