Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ərdoğan Macarıstana gedir

Baxılıb: 712     Tarix: 15-12-2023 12:47   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər edəcək.

Qanunvehedef.az  xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Ərdoğan macar həmkarı Katalin Novak və Baş nazir Viktor Orbanla görüşəcək.

Səfər çərçivəsində hər iki ölkə arasında fövqəladə hallarda prioritet strateji tərəfdaşlıq və qarşılıqlı yardımla bağlı sazişin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Ərdoğan sonuncu dəfə avqustun 20-də Budapeştə səfər edərək Dünya Atletika Çempionatının açılış mərasimində iştirak edib. Macarıstanın xarici işlər naziri Peter Siyarto bir müddət əvvəl bildirmişdi ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Macarıstan və Türkiyə arasında fövqəladə hallarda prioritet strateji tərəfdaşlıq və qarşılıqlı yardımın yaradılması haqqında saziş imzalana bilər.
 

Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar