Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Rusiyanı Moldovada sabitliyi pozmaqda ittiham etdi

Baxılıb: 657     Tarix: 19-12-2023 10:48   

Moldova Prezidenti Maya Sandu Rusiyanı 2024-cü ilin noyabrında gözlənilən prezident seçkilərindən əvvəl respublikadakı vəziyyəti destabilizə etmək planlarının olmasında ittiham edib.
Qanunvehedef.az xəbər verir ki, o bu barədə PRO-TV telekanalına müsahibəsində danışıb.
“Biz düşünürük ki, Rusiya burada vəziyyəti destabilizə etmək cəhdlərini davam etdirəcək. Çox güman ki, onlar yaza yaxın başlayacaqlar. Burada olan insanlar istifadə ediləcək, taktika dəyişə bilər. Yerli seçkilərdən dərs çıxarmalı, onları təhlil etməli və vətəndaşların səslərini və demokratik seçkiləri qorumaq üçün tədbirlər görməliyik”, - Sandu deyib.
Qeyd edək ki, Moldova hakimiyyəti böhran yaşayır, çünki 2022-ci ildən bəri respublikada müxalifətin kütləvi etiraz aksiyaları keçirilir, hakim Fəaliyyət və Həmrəylik Partiyasının formalaşdırdığı prezident və hökumətin istefası tələb olunur. Etirazçılar bildirir ki, ölkədə qiymətlər və yoxsulluq səviyyəsinin sürətlə artmasına görə hakimiyyət məsuliyyət daşıyır. Buna cavab olaraq, hakimiyyət müxalifəti dövlət çevrilişi hazırlamaqda günahlandırıb, etirazların liderlərinə qarşı cinayət işləri açıb, müxalifətin platformasını təmin edən televiziya kanalları və xəbər portallarını bağlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar