Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İspaniya yaxın illərdə Fələstini tanımalıdır – Baş nazir

Baxılıb: 755     Tarix: 20-12-2023 15:29   

İspaniya hökumətinin başçısı Pedro Sançes hesab edir ki, ölkə parlamenti nəzəri cəhətdən 2027-ci ilə qədər davam etməli olan hazırkı səlahiyyət müddətində Fələstinin tanınması məsələsini nəzərdən keçirməlidir. 
Qanunvehedef.az  bu barədə TASS-a istinadla xəbər verir. Baş nazirin Deputatlar Konqresində (parlamentin aşağı palatası) çıxışında dediyinə görə, Yaxın Şərqdə ciddi sülh perspektivi “İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində birgə yaşayan Fələstin dövlətinin mövcudluğunun tanınmasını nəzərdə tutur”.
"Düşünürəm ki, səlahiyyət müddətimizin hansısa məqamında biz Fələstin dövlətinin tanınması məsələsini də müzakirə etməli olacağıq", - Sançes bildirib.
Bundan əvvəl hökumət başçısı artıq beynəlxalq ictimaiyyətin Fələstini tanımasının vaxtının çatdığını bildirmişdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar