Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İvanişvili Baş nazir vəzifəsinə namizəd irəli sürə biləcək

Baxılıb: 671     Tarix: 09-01-2024 14:34   

Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının fəxri sədri və milyarder Bidzina İvanişvili ölkənin Baş naziri vəzifəsinə namizəd irəli sürmək səlahiyyətini əldə edib.
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu sözügedən partiyanın  yenilənmiş nizamnaməsinə əsasən mümkün olacaq.
Bununla yanaşı, yeni nizamnamə sayəsində fəxri sədr partiyanın növbədənkənar qurultayını da çağıra biləcək.
Xatırladaq ki, 2023-cü il dekabrın 30-u “Gürcü arzusu” partiyasının qurultayı zamanı 67 yaşlı Bidzina İvanişvili fəxri sədr seçilib. Bununla da, milyarder və ölkənin keçmiş Baş naziri 3 illik fasilədən sonra siyasətə qayıtdığını elan edib. O, siyasi fəaliyyətini 2021-ci ilin əvvəlində başa vurmuşdu. Belə ki, o bu zaman “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının rəhbəri postunu tərk edib və siyasətdən getdiyini açıqlayıb. O, 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər Gürcüstanın Baş naziri olub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar