Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putin yumurtanın bahalaşmasının səbəbini açıqlayıb

Baxılıb: 562     Tarix: 11-01-2024 12:44   

Rusiya Prezidenti Vladimir Putin ölkədə yumurtanın qiymətinin bahalaşmasının səbəbini açıqlayıb.
Qanunvehedef.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu barədə Uzaq Şərq Federal Dairəsinin sahibkarları ilə görüşündə danışıb.
Onun sözlərinə görə, hökumət yumurtanın qiymətinin artmasını dayandırmaq üçün vaxtında idxala başlamayıb. Putin qeyd edib ki, əhalinin gəlirləri az da olsa artıb və nəticədə istehlak da artıb: "Bizdə istehsal həcmi azalmayıb. İnsanlar daha çox yumurta, toyuq əti almağa başlayıb. Hökumət isə idxala vaxtında başlamaq barədə düşünməyib və nəticədə qiymətlər artıb. Buna görə də, çox diqqətli olmaq lazımdır".
Xatırladaq ki, "Rosstat"ın məlumatına görə, ötən ilin əvvəlindən Rusiyada yumurtanın qiyməti 52,94 % artıb. 2023-cü il dekabrın 12-dən 18-nə qədər isə yumurtanın qiyməti 4,62 faiz bahalaşıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar