Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Zelenski cəbhədə hücum üçün şərtlərini AÇIQLADI

Baxılıb: 696     Tarix: 12-01-2024 13:45   

Ukrayna Silahlı Qüvvələrinin hücumu Rusiya ordusunun havada üstünlüyü ilə əngəllənir, uğurlu əks-hücum üçün ordumuza daha çox hava hücumundan müdafiə vasitələri və səma üzərində nəzarət lazımdır.
Bu şərtləri Ukrayna Prezidenti Volodimir Zelenski Riqada Baltikyanı KİV nümayəndələri ilə söhbəti zamanı bildirib.
"Cəbhədə vəziyyət ağırdır, silahlarımız çatışmır. Biz bunu sınadıq və işləyir. Onları göydə sıxışdırsan, irəli gedirsən. Ukrayna üçün böyük irəliləyiş yoxdur, çünki onlar səmaya nəzarət edirlər", - deyə Ukrayna lideri qeyd edib.
O əlavə edib ki, kifayət qədər sayda hava hücumundan müdafiə sistemlərinin olmaması Ukrayna Silahlı Qüvvələrinin hava üstünlüyünə nail olmasına mane olur.
Zelenski çıxışı zamanı həmçinin bildirib ki, Silahlı Qüvvələrdəki şəxsi heyət arasında itkilər barədə məlumat verə bilməz./BAKU.WS

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}