Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Litva Ukraynaya əlavə zirehli texnika və döyüş sursatları göndərəcək

Baxılıb: 674     Tarix: 22-01-2024 12:11   

Litva Ukraynaya əlavə olaraq zirehli texnika, döyüş sursatları və pilotsuz uçuş aparatlarına qarşı texnika təhvil verəcək.
Bunu Litva prezidenti Qitanas Nauseda polşalı həmkarı Anjey Duda ilə birgə mətbuat konfransında deyib.
"İki illik müharibə ərzində biz Ukraynanı intensiv surətdə silahla təmin etmişik və anbarlarımızdakı ehtiyatlar xeyli azalıb. Buna baxmayaraq, pilotsuz uçuş aparatları ilə mübarizə üçün Ukraynaya əlavə olaraq zirehli texnika, sursat və texnika göndərəcəyik", - o deyib.
Nauseda qeyd edib ki, Litva ölkənin ümumi daxili məhsulu baxımından Kiyevə yardım göstərən liderlərdən biridir: "Bizim göstərdiyimiz yardım ÜDM-in 1,45%-ni təşkil edir".
Litvanın müdafiə naziri Arvidas Anusauskas isə vurğulayıb ki, Vilnüsün Kiyevə göstərdiyi hərbi yardımın ümumi dəyəri 500 milyon avronu keçib. Bundan başqa, Litva müntəzəm olaraq Ukraynaya müxtəlif qeyri-hərbi yüklər göndərir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}