Abdullahian Pakistana gedir
Baxılıb: 599 Tarix: 22-01-2024 15:15
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-u Pakistana səfər edəcək.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan və İranın Xarici İşlər nazirliklərinin birgə bəyanatında
qeyd olunub.
Bununla yanaşı, yanvarın 26-na qədər hər iki ölkənin səfirləri geri dönərək fəaliyyətlərini bərpa edəcəklər. Bildirilir ki, iki ölkənin XİN rəhbərləri Abdullahianla Cəlil Abbas Cilani arasında baş tutan telefon danışığından sonra bu barədə qərar verilib.
Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib. Yanvarın 19-u isə Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tamamilə
bərpa etmək qərarına gəlib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər