Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

BAŞ KATİBDƏN HƏYACANLI MESAJLAR - "NATO ilə Rusiya arasında müharibənin qarşısını almağa çalışırıq

Baxılıb: 841     Tarix: 23-01-2024 14:09   

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki qərargahında keçirdiyi brifinqdə Rusiya ilə müharibənin qarşısını almağa çalışdıqlarını bildirib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, NATO-nun bunun üçün müxtəlif tədbirlər gördüyünü açıqlayıb.
Y.Stoltenberq söyləyib ki, NATO-nun Rusiya ilə sərhədlər yaxınlığında mövcudluğunu gücləndirməsi ehtimal olunan hərbi münaqişənin qarşısını almaq üçündür.
Baş katib deyib ki, təxminən 2 il əvvəl, 2022-ci ilin fevralında Ukraynada müharibənin başlamasından sonra NATO-nun iki vəzifəsi olub: “Bunlardan birincisi, Ukraynanı dəstəkləmək, digəri isə Rusiya ilə NATO arasında genişmiqyaslı eskalasiyanın qarşısını almaqdır”.
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirmişdi.
Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləmişdi ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər.
Xatırladaq ki, NATO soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar