Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türkiyə Prezidenti Putinə zəng edib

Baxılıb: 844     Tarix: 08-10-2024 11:50   

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Tərəflər söhbət zamanı Rusiya və Türkiyə arasında əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını qeyd ediblər. Putinlə Ərdoğan, həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi daxil olmaqla, beynəlxalq və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Kazanda baş tutacaq BRICS sammiti çərçivəsində Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi barədə razılıq təsdiq olunub”, - deyə Kremlin məlumatında bildirilib.
Ərdoğan eyni zamanda rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.
Xatırladaq ki, oktyabrın 7-də V.Putinin 72 yaşı tamam olub. O, ad gününü adi iş rejimində keçirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar