Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ayşe Barım saxlanıldı

Baxılıb: 685     Tarix: 24-01-2025 12:29   

Son günlər adı qalmaqallarda hallanan, Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım saxlanılıb.
Qanunvehedef.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Onun Türkiyədə 2013-cü ildə baş verən “Gəzi Parkı” hadisələrinə görə saxlanıldığı deyilir.
Məlumatda bildirilib ki, Barımın haqqında mediada çıxan “Gəzi Parkı” hadisələrində iştirak etdiyinə dair iddialara görə istintaq başladılıb.
Menecerin “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. O, “Türkiyə Cümhuriyyətini devirməyə cəhd” ittihamı ilə saxlanılıb.
Qeyd olunub ki, Barımın ev və iş yerində axtarışlar aparılır.
Xatırladaq ki, məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.
Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri başlayan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin PR-nın aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.
Məsələ ilə bağlı istintaq başlayıb. “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya bu xəbərlərin əsassız olduğu bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar