Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Düşmən ölkəmizə qarşı yeni hücum hazırlayır

Baxılıb: 287     Tarix: 22-09-2021 11:50   

44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin birinci ildönümü ərəfəsində ölkəmizə qarşı növbəti çirkin qarayaxma kampaniyasına start verilib. Qanunvehedef.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, ölkədəki mövcud durum, xalq-dövlət birliyi qərbdə çoxlarını qane etmir və nəyin bahasına olursa-olsun bu birliyi, sabitliyi pozmağa çalışır. Yenə də əvvəlki xətt və siyasət göz önündədir. Bu qüvvələr hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədir. Mesaj verilən yer və ünvan da əvvəlkidir - Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lər, "ekspertlər".
Bu hücumlar bizlərə çoxdan tanışdır - əvvəlki illərdə də bunların şahidi olmuşuq. Özü də hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə peyda olurlar. Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihlər, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər zamanı bu hücumların şahidi olmuşuq. Bu tipli hücumlar və qarayaxma kampaniyaları həmin vaxtlarda start götürür.
Məqsəd nədir? Qərb dairələri bununla beynəlxalq ictimaiyyətin diqqətini keçirilən tədbirlərdən yayındırmaq, əsassız və qərəzli şəkildə Azərbaycanı hədəfə gətirmək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana əlavə problemlər yaratmaq məqsədi güdüblər. Azərbaycanın tarixi Qələbəsindən sonra həmin dairələr Azərbaycanda müharibə dövründə daha da möhkəmlənmiş, sarsılmaz mirli birlikdən bərk narahatdırlar. Buna görə də təşkil olunan yeni kampaniyanın əsas məqsədi milli birliyi, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır. Lakin buna nail ola bilməyəcəklər. İllər boyu bu çirkin kampaniyanı həyata keçirmək istəslər də, hədəflərinə çata bilməyiblər.
Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. Həmin dairələr qondarma problemləri ortaya atır, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirməyə çalışırlar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar