"Azərbaycanda vaxtından əvvəl doğulma 8-12 faiz arasındadır" - Baş neonatoloq
Baxılıb: 619 Tarix: 17-10-2019 11:35
Azərbaycanda ümumilikdə yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə olur ki, onların arasında vaxtından əvvəl anadan olanlar da var.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib.
Onun sözlərinə görə, yeni doğulmuş körpələrlə bağlı əsas problem vaxtından əvvəl dünyaya gəlmələridir: "Ana bətnində infeksiyalaşmış körpələr adətən vaxtından əvvəl doğulur. Bu körpələrdə tənəffüs problemləri olur. Azərbaycanda vaxtından əvvəl doğulma 8-12 faiz arasındadır. İnkişaf etmiş ölkələrdə bu, təxminən 8 faiz olur, ancaq tibbi xidməti lazımi səviyyədə olmayan ölkələrdə 15-17 faizə çatır. Ölüm faizi vaxtından əvvəl doğulmuşlar arasında üstünlük təşkil edir".
R.Hüseynov əlavə edib ki, ekstremal az çəkili olanlar, yəni 1000 qramdan aşağı olan, 600-700-800 qramla doğulan körpələr arasında ölüm faizi daha çox olur: "1000-1500 qramla doğulan körpələr də çox aşağı çəkili hesab edilir. Vaxtından əvvəl doğulan körpələrin çəkisi təxminən 1800 qrama çatanda, vəziyyətləri imkan verirsə evə yazmaq olar. Həmin körpələr daima nəzarətdə olurlar. O körpəyə ayrı-ayrı mütəxəssislər baxırlar".
Ən çox oxunanlar
Son xəbərlər