Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Məmmədovlar ailəsi olaraq Optimed Klinikasının həkim- Osteopatı Natəvan Əliyevaya qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq

Baxılıb: 1 121     Tarix: 25-10-2019 08:52   

-Haqqında söz açacağım nəcib insan müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Dr. Natəvan Əliyevadır.
Optimed Klinikasında çalışan Natəvan Əliyevanın məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Natəvan həkim kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edir. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edir. Peşəkar həkiminin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır. Bu gün Bakı sakinləri və hətta qonşu rayonlardan da onun yanına xəstələr gəlir və şəfa tapırlar. Onu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir. Natəvan həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Klinikada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.
-Redaksiyamıza ünvanlanan məktubların birində döş qəfəsinin deformasiyalarından əziyyət çəkən Sevil xanımın yazısı diqqətimi çəkdi. Sevil xanımın sözlərinə görə döş qəfəsinin deformasiyaları ona əziyyət verirdi. Natəvan həkim xəstəliyin diaqnostikasını və eləcə də müalicəsini yalnız əlləri vasitəsilə həyata keçirir. Natəvan xanımın təyin etdiyi müalicədən sonra döş qəfəsimdə olan deformasiyalar xeyli azaldı. Artıq özümü yaxşı hiss edirəm.
-Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.
Daha biir təşəkkür məktubu Məmmədovlar ailəsi tərəfindən ünvanlanır:
Məmmədovlar ailəsi olaraq Optimed Klinikasının həkim- Osteopatı Natəvan Əliyevaya qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalara müraciət etsək də, müsbət nəticə əldə olunmamışdı. Uşaqda 3-cü dərəcəli onurğa əyilməsi müşahidə edilirdi. Bu problem oğlumda daha çox ağ ciyərlər və tənəffüs çətinliyi yaradırdı. Uşaq çox zəif inkişaf edirdi. Oğlumda boy artımı, zehni zəifləmə, raxitlik, tərləmə müşahidə edirdim. Bu məni bir valideyn olaraq çox narahat edirdi. Natəvan həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi osteopatik müalicələr sayəsində övladımız sağlamlığına qovuşdu. Sizə borcluyuq qayğınıza görə.
-Hörmətli redaksiya heyəti! Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən Natəvan Əliyevaya dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.
Hörmətlə; Məmmədovlar ailəsiшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar