Vüqar Abidov-Peşəkar cərrah
Baxılıb: 1 985 Tarix: 31-10-2019 08:57
-Səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri də Vüqar Abidovdur.
-Vüqar həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar. Məhz buna görə Vüqar Abidova müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. Mənim də həyat yoldaşımın vəziyyəti çox ağır olduğuna görə Ankara Kliikasının ümumi cərrahı Vüqar Abidova müraciət etdik. O, həyat yoldaşımı əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Ankara Kliikasının ümumi cərrahı Vüqar Abidov başda olmaqla bütün klinikanın kollektivinə öz təşəkkürümüzü Qanun və hədəf.az Xəbər Portalı vasitəsi ilə bildirim. Bu, təkcə bizim yox, Vüqar həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur. Mənim və övladlarımın hədsiz həyəcanlandığımızı görən Vüqar həkim bildirdi ki, narahat olmağa heç bir səbəb yoxdur. Xəstəniz sağalacaq.
-Hörmətli redaksiya, artıq həmin həyəcanlı günlər arxada qalıb. Vüqar həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb...
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan həkim-cərrah Ankara Kliikasının ümumi cərrahı Vüqar Abidova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm...
-Arzumuz budur ki, təki Azərbaycandakı bütün xəstəxanalarda Ankara Klinikasında olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.
-Hörmətlə; Murad Əhmədov
Ən çox oxunanlar
Son xəbərlər