Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Çində koronavirusa rekord yoluxma qeydə alındı

Baxılıb: 1 030     Tarix: 24-11-2022 13:34   

Çində ötən sutka ərzində koronavirusa 31 mindən çox yoluxma halı qeydə alınıb. 
Qanunvehedef.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin sonunda Uhanda koronavirusun aşkar olunmasından bu yana qeydə alınan ən yüksək saydır.
Məlumata görə, ölkə rəhbərliyi xəstəliklə mübarizə tədbirlərini gücləndirməyə davam edirlər.
Belə ki, Xenan vilayətinin mərkəzində Çjençjou şəhərində 5 gün ərzində insanlar yalnızca ərzaq məhsulları almaq və yaxud həkimə getmək üçün evdən çıxa bilərlər. Bu qayda şəhərin 8 rayonu üçün keçərlidir. Həmin ərazilərdə isə təqribən 6,6 milyon insan yaşayır.
Xatırladaq ki, Çinin paytaxtı Pekində koronavirusa yoluxma hallarının artması səbəbindən park, muzey və ticarət mərkəzlərinə giriş bağlanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar