Laçın - Tarixi Qələbənin yekunu
Baxılıb: 529 Tarix: 25-11-2021 13:55
1992-ci il mayın 18-də işğal edilmiş Laçın rayonu Azərbaycanın strateji bölgəsi idi. Laçının və eləcə də Kəlbəcərin işğalı Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da öz növbəsində Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Laçının işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kəndi düşmən tapdağı altında qaldı, döyüşlərdə 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. 79.1 min nəfər rayonun əhalisi respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşdılar.
Lakin 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Laçın və Kəlbəcər rayonlarının da müəyyən hissəsi rəşadətli ordumuz tərəfindən azad olunduqdan sonra Prezident İlham Əliyevin diplomatik səyləri ilə bu rayonlar tamamilə düşmən işğalından xilas olundular. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Şanlı Qələbəmiz və üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan düşmən işğalından azad edilməsi möhtəşəm zəfərin nişanəsi, ölkə başçısının dahi siyasətinin nəticəsi oldu.
Azərbaycan Ordusu və müzəffər Ali Baş Komandan Kəlbəcər və Laçın kimi digər rayonları da işğaldan azad etməklə zəfər, qələbə tarixi yazdılar. Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi. İllərdir özləri haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətinə saldı. Azərbaycan erməni vəhşiliyini, faşizmini də məhv etdi. İllərdir ədalətin təmin olunmasına mane olan Ermənistan havadarlarınının təzyiqlərinə baxmayaraq, BMT TŞ qətnamələrini də həyata keçirdi. Eyni zamanda, təxminən 30 il öncə torpaqlarımızı satmış AXC-Müsavat cütlüyünün vurduğu milli zərər, qeyrət ləkəsi təmizləndi.
Prezident İlham Əliyevin göstərişi ilə bu gün işğaldan azad olunmuş digər rayonlar kimi Laçın da bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu il avqust ayının 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər