Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“İran kəşfiyyatına qarşı kəsərli tədbirlər görülür”

Baxılıb: 723     Tarix: 24-11-2022 11:33   
 

 “İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı kəsərli tədbirlər görülür”.
Qanunvehedef.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransdakı çıxışı zamanı deyib. O vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.
“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır”, - deyə general həmçinin çıxışnda qeyd edib.шаблоны для dle 11.2



buy yes2win seo ranking