Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanda büdcə qaydası dəyişib

Baxılıb: 731     Tarix: 22-10-2019 13:48   

Azərbaycanda büdcə qaydası dəyişib.
APA-nın məlumatına görə, bu “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamalı idi. Dəyişikliyə əsasən, bu halda növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınacaq. Başqa sözlə, layihəyə əsasən, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olmamalıdır.
Layihə bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}