Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sənət dostları Nigarın sözlərini TƏKZİB ETDİ — Opera və Balet Teatrında RÜŞVƏT QALMAQALI

Baxılıb: 682     Tarix: 28-10-2019 10:44   

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafındakı rüşvət qalmaqalı getdikcə böyüyür.
"Ölkə.Az" xəbər verir ki, "Xəzər" televiziyasında yayımlanan "Hər şey daxil"verilişinin qonaqları xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, əməkdar artistlər Təyyar Bayramov, Elnur Zeynalov, İlkin Əhmədov və teatrın baş rejissoru Hafiz Quliyev olub.
Onlar əməkdar artist Nigar Şabanovanın teatr haqqında səsləndirdiyi rüşvət qalmaqalına münasibət bildiriblər.
Sənət yoldaşları teatrla bağlı iddiaları birmənalı şəkildə rədd edərək, belə bir halla heç zaman üzləşmədiklərini bildiriblər. Efirə qoşulan Şabanova isə: "Əgər mənim Leyli obrazına hansısa bir parametrlərə görə uyğun deyiləmsə, teatr kommissiya təşkil etsin. Mən öz potensialıma, yenidən seçimlərdən keçə biləcəyimə əminəm",- deyə bildirib. 
Əməkdar artist Elnarə Abdullayeva da efirə qoşularaq digər xanəndələrin söylədiklərini təsdiqləyərək bildirib ki, teatrda heç vaxt rüşvət barədə eşitməyib, bu halla qarşılaşmayıb.
Qeyd edək ki, əməkdar artist Nigar Şabanova bildirib ki, Leyli obrazına görə teatrın Toma adlı əməkdaşı ondan 5 min manat pul tələb edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar