Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Niyə Qaraqaya? – Ermənistanın məkrli planı bütün cəbhədə iflasa uğradı - FOTO

Baxılıb: 649     Tarix: 13-07-2021 10:11   

Niyə Tovuz, niyə böyük strateji əhəmiyyətə malik yüksəklik? (El arasında Qaraqaya kimi tanınır).
2020-ci ilin 11-17 iyul tarixlərində dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatların hədəflərini müəyyən edərkən Qaraqaya amili üzərində dayanmaq zərurətə çevrilir.
Döyüşlərin ilkin etapında bunu atəşkəs razılaşmasının adi pozuntu halı kimi qiymətləndirmək olardı, lakin saat keçdikcə erməni təxribatı şiddətlənir və artilleriya qurğuları işə düşür.
Tovuz döyüşləri 2016-cı ilin dördgünlük aprel müharibəsindən sonra təmas xəttindəki xarakterinə və miqyasına görə ən şiddətli döyüşlər idi.
Bu, Ermənistanın işğalçılıq siyasətinin yeni mərhələyə keçidini təmin edəcək təxribatların başlanğıcı hesab oluna bilərdi, axı bundan əvvəl İrəvan "yeni ərazilər üçün yeni müharibə" doktrinasını həyasızcasına elan etmişdi.
Lakin Ermənistan Azərbaycan Ordusunun gücünü, çevikliyini hesablaya bilməmişdi, hərçənd ki, guya düşmən bizi hazırlıqsız yaxalamaq istəmişdi.
Döyüşlərin necə başlamasına dair məlumatımız olsa da, detallarla onu ictimailəşdirməyi doğru hesab etmirik. Sadəcə "niyə məhz Tovuz" sualına cavab axtararkən bir neçə məqamı diqqətə almaq zərurətindən yan keçə bilmərik.
Tovuz işğalçı Ermənistan üçün böyük strateji əhəmiyyətə malikdir, Tovuza keçid isə Qaraqaya yüksəkliyindən başlayır.
Bu yüksəklik üç tərəfdən Ermənistanla sərhəddədir və böyük bir ərazini asanlıqla nəzarətdə saxlamağa imkan verir.
Ermənilərin bu yüksəklikdəki postlara basqın cəhdlərinin arxasında həmin ərazini tamamilə götürmək və Tovuz əhalisinin inamını qırmaq idi. Bununla əhalinin orduya etibarını azaltmaq və rahatca məqsədlərinə çatmaq hədəflərində idi.
Hakim yüksəklikləri ələ keçirməklə Tovuz-Şəmkir yolunu nəzarətə götürmək, bununla işğalçılıq coğrafiyası üçün yeni cığır açmaq ermənilərin məkrli planının tərkib hissəsi idi.


Lakin, Ermənistanın təxribatı ayaq açıb addımlaya bilmir, Azərbaycan Ordusu adekvat cavab zərbələri ilə düşməni geri oturdur.
İrəvan qəzəbini mülki infrastruktur və mülki əhalinin üzərinə tökür, lakin burada da Azərbaycan xalqının mübarizə əzmini hesaba almır.
Düşmən cəbhədə ağır itkilərə məruz qalır, bundan sonra nəinki yeni əraziləri işğal etmək barədə düşünür, əksinə olduqları mövqeləri də tərk edir.
Azərbaycan siyasi rəhbərliyinin qətiyyətli və prinsipial mövqeyi, ordunun döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurması İrəvanı yalan tirajlamağa vadar edir.
Ermənistanın təbliğat maşını hər vəchlə Qaraqayanın guya özlərində olması fikirlərini sürətlə dövriyəyə buraxır. Azərbaycan Müdafiə Nazirliyi isə bunu təkzib edir, lakin bu, inandırıcılıq üçün kifayət deyil.
Azərbaycan jurnalistlərinin düz yüksəkliyin altından etdiyi reportajlar, hazırladığı materiallar Müdafiə Nazirliyinin rəsmi açıqlamalarındakı arqumentləri möhkəmləndirir, bununla da düşmənin informasiya cəbhəsində də beli qırılır.
Artıq erməni jurnalistlər də Ermənistan hökumətini mühakimə edir və yalan danışdığını bəyan edir.
İrəvanın digər məqsədi regiondan keçən enerji dəhlizlərini təhlükəyə atmaqla beynəlxalq aləmdə enerji layihələrinə dair tərəddüdlər yaratmaq idi.
Üçüncü məqsəd isə bu idi ki, Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək və bununla da Qarabağ məsələsində əlini gücləndirmək idi.


Azərbaycan Ordusunun döyüş meydanında layiqli cavab zərbələri Azərbaycan rəhbərliyinin diplomatik müstəvidə də gücünü ortaya qoyur, məkrli planın qarşısı alınır və İrəvan istəyinə nail ola bilmir.
Ermənistanın isə bütün cəbhədə mövqeləri laxlayır və bunun üzərində dayanmaq İrəvan üçün çətinləşir.
Tovuz döyüşləri Qarabağ torpaqlarının azad olunması üçün açar rolunu oynayır. Tovuz döyüşləri Vətən müharibəsinin açarı kimi müasir hərb tariximizə düşüb./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar