Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Azərbaycanlı milyonçular bunu Qarabağ üçün qurban verərdilərmi?”

Baxılıb: 610     Tarix: 29-11-2022 12:14   

“Sentyabrın 1-də Xankəndinə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətini yeni separatizm hərəkatına qoyur”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.
O qeyd edib ki, Vardanyanın dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir: “Lakin bizi xaricdə yaşayan milli iş adamlarımızın azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmaye qoymaması da narahat etməlidir. Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə  və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı?
Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”.
Zahid Oruc qeyd edib ki, Azərbaycan Ukraynadan fərqli olaraq, BMT və ATƏT-dən, Amerika və Almaniyadan yardım gözləmir: “İslam Konfransı Təşkilatı da donorluq etmir. Belə şəraitdə xaricdə yaşayan imkanlı soydaşların qayıdışı xüsusi təyinatlılar kimi nümunə olardı.
Biz xarici milli burjuaziyanı köçkünlər üçün ev tikməyə çağırmırıq, onların belə hüquqi öhdəliyi yoxdur. Qarabağda qazanmaqdan ötrü Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya gərəkdir. O səbəbdən dünya azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdılar”.шаблоны для dle 11.2



Ən çox oxunanlar