Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakının Baş Planı təsdiq üçün Nazirlər Kabinetinə göndərilib

Baxılıb: 860     Tarix: 02-10-2023 15:14   

"Şəhərsalma prosesi kompleks həyata keçirilir".
Qanunvehedef.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilk növbədə Bakı şəhərinin Baş Planı hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib:
"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bir sıra dövlət qurumları da bu məsələyə cavabdehlik daşıyır. Bundan başqa komitənin tabeliyində Şəhərsalma və Memarlıq Baş İdarəsi tikintiyə icazə prosesini təşkil edir. Tikinti başa çatdıqda isə onun istismarına icazə verir. Artıq tikinti zamanı FHN, yerli icra hakimiyyətlərinin və digər qurumların dəstəyi ilə tikinti prosesinin özünə nəzarət olunur. Bütün layihələrdə ictimai ərazilər dəqiqliklə planlaşdırılır, müvafiq məsafələr saxlanılır. İstər səkilərə, istər digər ərazilərə xüsusi məsafə saxlanılır və yerli icra hakimiyyəti orqanları buna nəzarət edir" .

Qanunvehedef.az



{sape_links}{sape_article}