Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahəsi Sumqayıta verilir

Baxılıb: 580     Tarix: 17-10-2023 12:32   

Binəqədi və Abşeron rayonlarından 4 min hektara qədər torpaq sahəsi Sumqayıta verilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 hektar, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar