Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“AZAL-a Dövlət tərəfindən cəmi 5 milyon manat ayrılır”

Baxılıb: 977     Tarix: 20-10-2023 14:12   

“Hər il dövlət büdcəsindən Naxçıvana uçuşlar üçün AZAL-a dotasiya ayrılır”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.
Deputat qeyd edib ki, bu isə ümumi xərcin cəmi 25 %-idir: “ Dövlət tərəfindən cəmi 5 milyon manat pul ayrılır, AZAL isə 20 milyon pul xərcləyir. AZAL bu qədər pulu haradan almalıdır? Haradan çıxara bilər? Naxçıvan blokadada olduğu üçün düşünürəm ki, çəkilən bütün xərclər dövlət tərəfindən ödənilməlidir”.

Parlamentdə çıxış edən digər deputat Tahir Kərimli  isə əlavə edib ki, sovet dövründə təqaüdə çıxan pilotlar, kapitanlar müəyyən imtiyazlara sahib idilər: “Onlara təyyarə biletləri pulsuz, ailələrinə güzəştlər olurdu, qızıl kart verirdilər. Bu günə kimi də müəyyən imtiyazlara sahib idilər. Lakin aldığım məlumata görə, bu imtiyazlar artıq kəsilib. Bunun yenidən bərpası gözlənilirmi?”

Əbdülqəni Hüseynovшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar