Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tahir Mirkişili restoran qiymətlərindən danışdı

Baxılıb: 703     Tarix: 23-10-2023 13:33   

““Peşəkar Birliklər” haqqında qanun hazırlanmalıdır”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında bildirib.
“Yaradılacaq Qiymətləndiricilər Palatası dövlət təşkilatı deyil, amma hamı da bilir ki, bunların səlahiyyəti olmalıdır. Dünyanın çox yerində Peşə Birliklərinin səlahiyyətləri var. Türkiyədə də peşə birliklərinin həddən çox səlahiyyətləri var. Məsələn, aşpazların, bərbərlərin, taksi sürücülərinin peşə birlikləri var. Bu birliklərin verdiyi qərarlar hər kəs üçün məcburidir. Bu birliklərin verdiyi qərarlar keçərlidir. Əgər qiymət enməlidirsə enməlidir, işləməyəcəyiksə işləməyəcəyik və s.”, - deyə T.Mirkişili vurğulayıb.
Ölkədə restoran qiymətlərinin necə formalaşmasından danışan deputat qeyd edib ki, dünyanın hər yerində assosiasiyalar var:
“Bizdə yoxdur. Qiymətləri onlar tənzimləməlidir. Dövlət indi bütün qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır. Bu palatalara biz müəyyən səlahiyyətlər verə bilərik. Onlar, həmçinin qiymətlərin tənzimlənmələrinə nəzarət edə bilərlər”.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking