Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

25 oktyabr Qubadlı Şəhəri Günüdür.

Baxılıb: 565     Tarix: 25-10-2023 11:21   

Möhtərəm Prezidentin 31 iyul 2023-cü tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəmcamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür.
"Vətən müharibəsinin ən həlledici məqamlarından biri, heç şübhəsiz ki, bu gün üçüncü ildönümünü qeyd etdiyimiz Qubadlının işğaldan azad edilməsidir. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə 23 dekabr 2020-ci ildə işğala son qoyulduqdan sonra Qubadlıya ilk səfərlərində dediyi kimi, "Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Qubadlının azad olunması ilə cənubdan icazəsiz yük daşımalarının həyata keçirildiyi Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində, habelə, İrandan Laçın rayonuna qədər olan hissədə Ermənistanla sərhədlərimiz üzərində nəzarət tam formada bərpa edildi.
"Qubadlıda işğala son qoyulması ilə həm tarixi ədalət, həm də BMT Təhlükəsizlik Şurasının icra olunmayan 874 saylı və əvvəlki daha 2 qətnaməsinin yerinə yetirilməsi fonunda beynəlxalq hüquq təmin olundu. Bu gün quruculuq və bərpa işlərinin davam etdiyi Qubadlı cənab Prezidentin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanına əsasən yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunun vacib regionu kimi ciddi iqtisadi perspektivlər vəd etməkdədir".



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar