Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gələn ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt məlum olub

Baxılıb: 346     Tarix: 25-10-2023 13:07   

Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılacağı vaxt açıqlanıb.
"Report"un əldə etdiyi məlumata görə, layihə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilməsi nəzərdə tutulan iclasında I oxunuşda müzakirə olunacaq.
Layihə daha sonra digər komitələrin toplantılarında da müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar